Şəhid olan əsgər ötən gün dəfn edildi - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 630
Səs ver:
(səs: 0)
Azərbaycan Ordusunun şəhid olan əsgəri, 1995-ci il təvəllüdlü Rüfət Nazim oğlu Fətəlizadə bu gün doğulduğu Ağsu rayonunda dəfn edilib.

Qadınlar.Biz APA-ya istinadən xəbər verir ki, şəhid Rüfət Fətəlizadənin nəşi Ağsu şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib.

Dəfn mərasimində  "Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.

Qeyd edək ki, şəhid Rüfət Fətəlizadə bu ilin yanvarında Ağsu rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirərkən zaman düşmən tərəfindən açılan atəşlə şəhid olub.

 

 

 

 
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 630
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri