Bakı sakininin aldığı çörəyin içindən görün nələr çıxdı - FOTO

Müəllif: Antikvar
Şərhlər: 9
Baxılıb: 3 117
Səs ver:
(səs: 2)
Bakı sakini aldığı çörəyi satıcıya halal eləmədi. Mağazadan aldığı çovdar çörəyinin içindən tarakan çıxıb.

Qadinlar.biz bildirir ki, Bakı sakini Sevda adında bir xanım aldığı "qara çörəy"in içindən tarakan çıxıb, ancaq lazımi qurumlara müraciət etsə də, xanıma yardımçı olan tapılmayıb.

Həmin şəxs aldığı çörəyin fotosunu çəkərək sosial şəbəkədə yerləşdirib və öz yaxınlarına həmin firmadan olan çörəyi almamağı məsləhət görüb:

"Əziz dostlar bir neçə gün öncə iki ədəd çörək aldım. Çörəyi evə gətirib üzərindəki salafanı açdıqda onun içindən balaca tarakanlar çıxdı, biri isə ölü vəziyyətdə içində qalmışdı. Ancaq lazım olan yerlərə müraciət etsək də, bizim köməyimizə çatan olmadı".

Məsələ ilə bağlı ilk öncə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri ilə əlaqə saxladıq. İmran Abdullayev çörəyin bu hala gəlib çıxmasının səbəbi şəraitsiz yerdə saxlanılması ilə izah etdi.

"Çörəyin içindən tarakanın çıxmağı bir az təəccüblü hadisədir. Çünki çörək isti bir yerdə bişirilir deyə orada olan bütün canlılar ölə bilər. Çörək sobadan çıxandan sonra onu soyutmaq üçün xüsusi yerlər var ki, ora yığırlar.

Ola bilsin ki, həmin saxlanılan yer şəraitsiz olduğu üçün çörəyə həmin tarakanlar düşüb. Əgər şikayətçinin əlində hansısa maddi bir sübut varsa, bizə müraciət etsin. Fərq etməz hansı şirkət olursa olsun, biz ora yoxlama göndərəcəyik və bu cür problemlər ortaya çıxsa, həmin şirkət cəzalandırılacaq" -  İmran Abdullayev deyib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə şikayətçi tərəfin onlara müraciət etməsini tövsiyə edir. Bir şərtlə ki, alıcı həmin məhsulu haradan aldığına dair məlumat və fakt təqdim etsin. Bundan sonra E.Hüseynov əmin edir ki, vətəndaşa  dəymiş zərər ödəniləcək: "Həmin şirkəti antireklam kampaniyasına yerləşdiririk,  vətəndaş istəyərsə, dövlət orqanlarını həmin şirkətə yoxlanışa qaldırırıq".

(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 117
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri