ATV - də qalmaqal düşdü - FOTOLAR

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3493
Paylaş:
Səs ver:
(səs: 1)
Azad Azərbaycan Televiziyasının (ATV) yeni layihəsi olan "Gün üzü” verilişi bu gün tamaşaçılara təqdim edilib.

Qadınlar.Biz-in məlumatına görə, İlqar Mikayıloğlunun aparıcılıq etdiyi verilişin bir çox qonaqları arasında "Onlar” maqazin verilişinin aparıcısı Afaq Gəncəli, müğənni Natavan Həbibi, İlhamə Qasımova və rəqqasə Oksana Rəsulova da yer alıb.

Canlı yayımda A.Gəncəli ilə N.Həbibinin sözlərinin çəpləşməsi gərgin anların yaşanmasına səbəb olub.

Belə ki, aparıcının İlhamə Qasımova haqda dediyi "Çox sakitsən, fərqlisən” sözlərinə Afaq Gəncəli öz fikrini bildirib:

"İlhamə verilişin digər iki qonağından (Natavan Həbibi və Oksana Rəsulovanı nəzərdə tutur – red.) fərqli olaraq özünə tamam doğru yol seçib. O, hətta qalmaqal etdiyi zaman da kəlmələri elə gözəl formada seçir ki...”.

A.Gəncəlinin bu sözləri Natavanı özündən çıxarıb:

"Mənim yolum düzgün deyil? Biz istəmirik ki, canlı efirdə Afaq xanım bizə "düzgün yolda deyilsiniz” sözlərini işlətsin. Sən tərəfdən bu doğru kəlmə deyildi”.

Afaq isə "Mən bu xanımla ümumiyyətlə danışmaq istəmirəm" deyə cavab verib.

İ.Mikayıloğlu aranı sakitləşdirmək üçün reklamlar yayımlayıb. Gərgin anlar efir arxasında da davam edib.

Afaq Gəncəli məsələylə bağlı danışıb:

"Hər kəs öz mədəniyyətini göstərdi. Natavan efirdə yenə də aqressivliyini nümayiş etdirdi. Orada olan hamı bir daha Natavanın mədəniyyətinin şahidi oldu. Afaq həmişəki kimi öz hörmətini saxladı. Amma Natavan... Onu bu günə kimi hamı tanıyıb...”.

 

 

 

 


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 3493
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv