Xoşqədəm danışdı: “Normal bir ailə qurmuşam”

Müəllif: Antikvar
Şərhlər: 13
Baxılıb: 5 159
Səs ver:
(səs: 1)

ATV kanalının "Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evlənməsindən danışıb.

 

Qadınlar.biz-ın xəbərinə görə, aparıcı bu gün ATV-də yayımlanan proqramından sonra yayımlanan kadrlarda həyat yoldaşı Doğuş və onun anası ilə birlikdə açıqlamalar verib.

 

Doğuşla evləndiklərini təsdiqləyən X.Hidayətqızı deyib ki, nikahın mediadan gizli olması barədə qərar veriblər: "Doğuş da öz ölkəsində kifayət qədər tanınan bir insandır. Mən də öz ölkəmdə özümə görə tanınan bir insanam. Doğuşla bu şəkildə qərar verdi ki, istəmir, media bilsin bunu. Öz aramızda olsun.

 

Aparıcı deyib ki, verilişlərində həmişə insanlara qeyri-rəsmi nikahların əleyhinə olduğunu deyib: "Kiminsə sevgili saxlamasının əleyhinə olduğumu demişəm. Rəsmi şəkildə ailəni qurmaq lazımdı. Mən normal bir ailə qurmuşam. Bu gün mən normal bir şəkildə, ölkəmin, millətimin adına xələl gəlməyəcək şəkildə, adət-ənənələrə uyğun, böyüklərimizin icazə ilə bir ailə qurmuşamsa, məncə, buna sevinmək lazımdır”.

 

Bakıya özüylə birlikdə anasını da gətirən Doğuş isə bildirib ki, xoşbəxtdir və bundan sonra Azərbaycan da onun vətənidir. Müğənni deyib ki, Məhərrəmlik ayından sonra dostları ilə həm Bakıda, həm da Türkiyədə evliklərini qeyd edəcəklər.

 

Verilişinin yeni çəkilişlərini üçün Özbəkistana gedəcəyini və qayından sonra Doğuşla birlikdə Tovuza səfər edəcəyini bildirən aparıcı deyib ki, həyat yoldaşı ilə yeni layihələr üzərində işləyirlər.

 

X.Hidayətqızının Özbəkistana getməsinə "daha dünən evləndik, ərini qoyub gedirsən” deyə replika atan Doğuş isə işin çox vacib olduğunu bildirib. "İşimizə olan diqqətimizi hər kəs görsün. Dünyanın harasında olur-olsun, "Səni axtarıram”dan heç kim qaça bilməz”.

(səs: 1)
Şərhlər: 13
Baxılıb: 5 159
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri