Yeni il hədiyyəsinə görə oğul anasını məhkəməyə verdi

Müəllif: Miss_Oxatan
Şərhlər: 12
Baxılıb: 2 703
Səs ver:
(səs: 0)
Milad bayramına seçilmiş uğursuz hədiyyə yaşlı İsveç qadınını polis bölməsinə yollayıb.

Blekinqe şəhər sakini olan yaşlı qadın 36 yaşlı oğluna bayramla əlaqədar sviter hədiyyə edib. Lakin toxunmuş sviterin rəngindən qəzəblənən oğul polisə anasından şikayət ərizəsi yazıb.

Milad bayramının ikinci günü oğul polis bölməsinə gedərək hüquq mühafizə orqanlarını evinə çağırıb və "canini həbs etməyi” tapşırıb.

İsveçli kişi hadisəni belə şərh edib: o, anasından verilən hədiyyə qutusunu açıb və orada tünd-sarı rəngli sviter görüb. Polisə müraciət etmək üçün məhz bu fakt əsas olub. Kişinin hədiyyəyə nə üçün qəzəblənməsi məlum deyil.

Maraqlısı odur ki, polis şikayət ərizəsinə münasibət bildirərək ananın evinə gəlib. Lakin onlar ana və balaya mübahisəni öz aralarında həll etməyi tövsiyə ediblər.
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 2 703
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri