Emin: Əli daha çox Leylaya oxşayır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 996
Səs ver:
(səs: 2)
"Mikayıl isə daha çox mənə”.

Bəstəkar-müğənni Emin Ağalarov oğlanlarından danışıb.

"Nərgiz” jurnalına müsahibəsində Emin heç olmasa həftədə bir gününü onlarla birlikdə keçirdiyini deyib.

"Oğlanlarım mənim hər şeyimdi. Mən onlarla vaxt keçirməkdən böyük həzz alıram və bilirəm ki, bu, qarşılıqlıdır. Biz birlikdə oyun oynayır, idmanla məşğul oluruq”, - deyə Emin Ağalarov bildirib.

Emin oğlu Əlinin daha çox anası Leylaya oxşadığını, incəsənətlə maraqlandığını deyib:

"Əli məncə xarakteri ilə daha çox Leylaya bənzəyir. Onda yaradıcı tərəf daha çox qabarıqdır. Hiyləgərdir, hansı fəndlərlə əlavə şokolod ala biləcəyini bilir. Mikayıl isə daha çox mənə bənzəyir, mənim kimi küsəyəndir. O, çox inadkar və məqsədyönlüdür, istədiyini əldə etməyənə kimi sakitləşmir. Onun daha bir xüsusi bacarığı var, çox asanlıqla böyük rəqəmləri toplaya bilir. Riyazi zehni güclüdür. Əli isə əksinə humanitardır, şeiri yaxşı yadında saxlayıb oxuya bilir. Hər biri özünə görə istedadlıdır və bunda Leylanın rolu böyükdür. Onlar atalarından fərqli olaraq azərbaycanca danışırlar, ingiliscə bilirlər və hazırda fransız dilini öyrənirlər”.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 996
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri