Qısa zamanda internet yox olacaq - Dünyada

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 1 967
Səs ver:
(səs: 2)
Texnoloji nəhənglərdən sayılan "Google” şirkətinin rəhbəri və dünyanın ən varlı sahibkarlarından biri Erik Şmidt internetin hazırkı formada saylı günlərinin qaldığını deyib.

"Google” şirkətinin rəhbəri bunu İsveçrənin Davos şəhərində keçirilən İqtisadi Forum zamanı şəbəkənin gələcəyi barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Erik Şmidt deyib: İnternet ləğv olunacaq. İP-ünvanı, qurğu və müxtəlif qəbuledicilər, üzərinizə taxılmış, təmasda olduğunuz əşyalar o qədər çoxalacaq ki, siz bunu hiss edə bilməyəcəksiniz. O, daim ətrafınızda olacaq.

Həmçinin internetin gələcəyini smartfonlar və onların proqramlarının dəyişdirəcəyini deyən E.Şmidt bu sahədə bazarın tamamilə açıq olduğunu vurğulayıb.

Müsahibəsində başqa mövzulara, əsasən Koreya Xalq Demokratik Respublikasına səfərinə toxunan sahibkar orada internetə çıxışın yetərincə olduğunu, lakin "Rouminq”in işləmədiyini və şəbəkədən istifadənin "sərt nəzarətdə” saxlandığını da bildirib.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 1 967
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri