"Hər iki işin öhdəsindən gəldiyimi düşünürəm"

Müəllif: emis
Şərhlər: 8
Baxılıb: 1 805
Səs ver:
(səs: 1)
"Açıq-saçıq geyimləri sevmirəm, bu mənim xarakterimə uyğun deyil. Son vaxtlar, bütün geyimlərimi tikdirirəm. Bir ayda 28 libas tikdirmişəm. Əsas özünə yaraşanı seçə bilməkdir. Mən bunu bacarıram".

Bunu müsahibəsində Türkiyədə yaşayan azərbaycanlı müğənni Yeganə Mürsəlova deyib.

Yeganə deyib ki, sənətindən öncə övladı gəlir: "Hər şeydən öncə oğluma vaxt ayırmalıyam. Onun vətənimə layiqli vətəndaş kimi böyüdüb, cəmiyyətə təhvil verməliyəm. Hər iki işin öhdəsindən gəldiyimi düşünürəm".

Müğənni bildirib ki, yenidən ana olmaq istəyir: "Əslində həmişə deyirdim ki, 11 uşağım olsun. Dəhşət futbol həvəskarıyam, "Fənərbaxça"lıyam. Qadın olub, futbolu bu qədər sevmək dəhşətdir. Həyat yoldaşıma demişəm ki, 11 uşağımız olsun, futbol komandası quraq. Təbii ki, bunlar qismətə bağlıdır".
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 1 805
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri