Oğlan dalınca Ukraynadan Bakıya gəlib itən azyaşlı qız tapıldı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 287
Səs ver:
(səs: 2)
Oğlan dalınca Bakıya gəlib itən azyaşlı qız tapıldı. Anası tərəfindən axtarışa verilən Ukrayna vətəndaşı tapılaraq "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evinə yerləşdirilib.

Hüquq müdafiəçisinin sözlərinə görə, həddi-büluğa çatmamış qızın anası Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edib. Bundan sonra itkin qız tapılaraq sığınacaq evinə gətirilib. Gənc qız tanış olduğu oğlana görə Bakıya gəldiyini deyib. Lakin oğlan onu aldadıb.
"Qızın həmin oğlanla hansı şəraitdə tanış olduğunu, Azərbaycana nə vaxt gəldiyini hələlik bilmirik. Amma qızın Ukraynaya geri qayıtması üçün sənədlərin hazırlanmasına başlanıb. Sənədlər hazır olandan sonra qız öz vətəninə yola salınacaq” - deyə M.Zeynalova bildirib.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 287
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri