Röya ilə “Fəlakət” yeni layihə hazırlayırlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 949
Səs ver:
(səs: 0)
"Bozbash pictures”in Fəlakəti – aktyor Elşən Orucov son vaxtlar müğənni Röya Ayxanla tez-tez bir araya gəlməsinin səbəbini açıqlayıb.

Danışan aktyor yaxın günlərdə onunla birlikdə layihə təqdim edəcəklərini söyləyib:
"Deyirlər, guya Röyanın klipinə çəkilmişəm, amma bu şayiədir. Röya mənim çox yaxın dostumdur. Birlikdə layihəmiz var. Yaxın günlərdə bunun şahidi olacaqsınız. Mənim sahəmə aid olan bir işdir, klip deyil. Əgər onu indi açıqlasam, maraqlı olmaz”.
E.Orucov "Bozbash pictures” üzvlərinə qarşı qısqanclıqların olduğunu deyib:
"İnsanlarda sözün yaxşı mənasında bu beşliyə qarşı qısqanclıq var. İstənilən güclü aktyor aramıza qatılsa belə, tamaşaçı onu qəbul etmir. Çünki izləyicilər bu beşliyi ailəsi kimi qəbul edib. "Bozbash pictures”lə bağlı yeni ideyalarımız var. İstəyirik tamamilə dəyişib başqa bir formatda edək”.
E.Orucov ona real həyatda "Fəlakət” deyə müraciət olunmasını müsbət qarşıladığını bildirib:
"Mən aktyorluqla yanaşı, montajçı kimi də fəaliyyət göstərirəm. İnsanlar arasında Fəlakətin Elşəndən çox tanınmasını görmək xoşdur. Amma hərdən işdə məni Fəlakət deyə səsləyirlər. Belə müraciət edəndə çaş-baş qalıram. Əvvəl əsəbləşirəm. Amma sonra başa düşürəm ki, onsuz ikisi də mənəm”.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 949
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri