İranlı aktrisa soyundu, vətəndaşlıqdan silindi

Müəllif: Antikvar
Şərhlər: 14
Baxılıb: 4 088
Səs ver:
(səs: 2)

"Exodus: Gods and Kings" filmində baş rollardan birini oynamış iranlı aktrisa Gülsiftə Fərəhani ölkə vətəndaşlığından məhrum edilib. 
 

31 yaşlı aktrisa 2012-ci ildə "Egoiste" jurnalı üçün qurşaqdan yuxarı çılpaq vəziyyətdə şəkil çəkdirdiyində görə ölkəsindəki mühafizəkarların ciddi təqiblərinə tuş gəlmişdi. Din xadimləri isə ümumiyyətlə, aktrisanın "çox ağır cəzalandırılmasını" tələb edirdilər.
 

Həyatı üçün ciddi təhdid yarandığını anlayan aktrisa İrandan qaçmışdı.
 

Hazırda əri ilə birlikdə Parisdə yaşayan Gülsifte Fərahani İran vətəndaşlığından məhrum edilməsini qanunsuzluq, insan haqlarının kobud şəkildə pozulması adlandırıb. O, vətəndaşlığının bərpasını istəyir.
 

Fransada kinematoqrafiya sahəsində ən nüfuzlu mükafat sayılan "Cesars"a nominant olan aktrisa deyib: "İranda məni təqib edirdilər. Hətta deyirdilər ki, yarıçılpaq fotosessiyaya çəkildiyim üçün döşlərimi kəsib atama yollayacaqlar. Elə şəraitdə yaşaya bilməzdim. İranı tərk etdim, Parisə gəldim. Lakin hər şeyə rəğmən İran vətəndaşlığını itirmək istəmirəm. İran vətənimdir, mən də o ölkənin vətəndaşı".

(səs: 2)
Şərhlər: 14
Baxılıb: 4 088
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri