Bu məşhur brendlərdə zəhər var: diqqətli olun!

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 2 401
Səs ver:
(səs: 2)
Bər-bəzəkli butiklərdən bahalı qiymətə aldığınız geyimlər həyatınızı məhv edə bilər. Bir çox bahalı brendlərin paltarlarında insan orqanizmi üçün təhlükəli maddələr aşkarlanıb.

"Greenpeace” ekoloji təşkilatının sifarişi ilə həyata keçirilən araşdırmalar göstərib ki, müxtəlif brendlərin uşaqlar üçün istehsal etdiyi geyimlərdə orqanizm üçün təhlükəli maddələr var.

"Tədqiqatın aparılması üçün 2013-cü ilin may-iyun aylarında 25 ölkədəki rəsmi mağazalardan 82 uşaq paltarı nümunəsi alınıb. Bunlar arasında GAP, H&M, Adidas, Nike, Puma, American Apparel, C&A, Disney, Primark, Uniqlo və Burberry kimi məşhur brendlər də var. Tədqiqatlar nəticəsində bəlli olub ki, bütün brendlərin məhsullarında təhlükəli maddələr var.

Disney, American Apparel və Burberry brendlərinin məhsullarında yüksək səviyyədə etoksilat və nonilfenol maddələri aşkarlanıb. Adidas şirkətinin uşaqlar üçün çimərlik paltarında isə perftoroktan turşusu şirkətin özünün belə təyin etdiyi normadan çox olub. Primark şirkətinin uşaqlar üçün köynəyinin üzərindəki rəsm isə 11% flatonlardan ibarət olub. Bu maddələr reproduktin sağlamlıq üçün təhlükədir. İnsanın hormonal və immun sistemini pozur.

Greenpeace təşkilatı dünya dövlətlərinə çağırış edir ki, tekstil sənayesində kimyəvi maddələrin istifadəsinin qarşısını alsınlar.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 401
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri