Aparıcı Zemfira Adıgözəlova seksual fotosessiyası ilə diqqət çəkib.
Şəkillərin bəzisi məşhur ulduz Monika Belluççinin bir fotosessiyasını xatırladır.
Z.Adıgözəlova yeni işi ilə bağlı bunları deyib:
"Bu şəkillər illər əvvəl "Ay&Gün" jurnalı üçün çəkilmişdi. O vaxt ortaya çıxarmağa hazır deyildim. Çünki verilişlərdə həmişə məni "seksual aparıcı" kimi müzakirəyə qoyurdular. Dedim, bir neçə il keçsin, sonra təqdim edərəm. İndi fotoları İnstaqramda paylaşanda görürəm ki, münasibət normaldır. Şəkillərdən yalnız biri-ikisi Monika Belluççinin fotosunun eynisidir. Fotoqrafın ideyası idi. Göstərdi, fikirlərini dedi, mən də razılaşdım. Açıq-saçıq fotolara müsbət baxıram. Əgər bədən quruluşun buna imkan verirsə, niyə də etdirməyəsən ki?".