“Kök olsaydım, problem etməzdim” - Heminqueyin nəticəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 2 130
Səs ver:
(səs: 4)
Dünya şöhrətli yazıçı və jurnalist, Nobel mükafatı laureatı Ernest Heminqueyin nəticəsi Rusiya mətbuatına müsahibə verib.

Model və aktrisa kimi fəaliyyət göstərən 27 yaşlı Dri Heminquey peşəkar model kimi 19 yaşından kameralar qarşısına keçdiyini bildirib:

"Bu modellər, o cümlədən mən bədəninlə necə davranmalı olduğuna dair qadınlara nümunə veririk. Bizdən bu mövzu ilə bağlı şərh gözləyirlər və biz də göstərməliyik ki, düzgün qidalanmaq, yatmaq, rejimə riayət etmək, idmanla məşğul olmaq lazımdır. Məsələn, mən hələ də baletlə məşğul oluram. Əlbəttə, diqqət edirəm ki, qida təbii, yerli məhsullardan olsun, ətin tərkibində hormonlar olmasın...

İnanın, əgər nə vaxtsa mənim arxam çox böyük olsa buna görə narahat olmayacam. Sadəcə olaraq bilməlisən ki, sən kimsən və başqası olmaqdan vaz keçməlisən. Çatışmazlıqlar –gözəldir. Hətta onlara çatışmazlıq belə demək olmaz. Hər qadının hansısa kompleksi var, modellərin də. Əgər sən özünün sevir və qəbul edirsənsə, o zaman istənilən modeldən daha yaxşı görünəcəksən.

Heminquey ona ilham verən şeylərdən də danışıb:

"Fotoqrafiya, film, kitablar, musiqi, təbiət. Bəli, məncə təbiət hamısından çox”.

 

(səs: 4)
Şərhlər: 14
Baxılıb: 2 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri