"Bunu gizlətməyə haqqımız yoxdur" - Acun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 371
Səs ver:
(səs: 6)
Survivor All Star"ın Türkiyədəki rəhbəri və aparıcısı Acun İlicalı İnstaqramda tamaşaçıların suallarını cavablandırıb.

Bəzi sualları və Acunun cavablarını təqdim edirik:

- Yarışmada zədələnən oyunçunun müalicə müddəti uzun çəkərsə avtomatik olaraq yarışmadan uzaqlaşdırılması üçün qayda varmı? Məsələn, Anıl indi zədəlidir və yarışmır.

- Anılla bağlı həkimlərimiz proqramın sonuna qədər yarışa bilməyəcəyini desəydi, sizin dediyiniz baş verərdi. Lakin 1 həftədən sonra artıq yarışmaq iqtidarında olacaq. Ona görə də. biz əvvəldə bunu iştirakçının öz ixtiyarına buraxırıq.

- Efirdə iştirakçılar bəzən söyüş söyürlər, amma cəzalanmırlar.

- Heç bir şəkildə söyüş işlədilməsinə haqq qazandırmıram. Lakin bu qədər çətin şəraitdə, stress altında qeyri-ixtiyari davranışlar olması normaldır. Onların hamısını seyrçiyə göstəririk ki, yarışmaçıların bütün tərəflərini görsünlər və qərar versinlər. Bizim bunu gizlətməyə haqqımız yoxdur.

- "Məşhurlar"ın komandası qazananda daha həvəslə alqışladığınızı hiss edirik. Bu doğrudur?

- Qətiyyən, doğru deyil. Yarışmadakı rəqabətə görə mən də həyəcanlanıram. Ancaq "Survivor"ın heç bir anında "Məşhurlar" və ya "Könüllər"in tərəfində olmamışam.
(səs: 6)
Şərhlər: 12
Baxılıb: 2 371
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri