Aysel: "Sənətdən getməyimi istəsə, razılaşaram" - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 688
Səs ver:
(səs: 2)
Müğənni Aysel Əlizadə ad gününə hazırlaşır.

Açıqlama verən sənətçi həmin gün təmtəraqlı məclis keçirəcəyini bildirib:

"Heç vaxt kompleksim olmayıb. Amma bu dəfə nəsə narahatam. Deyirəm, yaşım gedir, gəncliyin müəyyən qismini yaşamışam. Əslində ad günüm 12 iyundadır. Həmin gün Avropa Oyunlarının açılışıdır. Ona görə də, ayın əvvəlində qeyd edəcəm. Bütün media nümayəndələrini və sənət dostlarımı yığacam”.

Ailə quracağı xəbəri yayılan A.Əlizadə bu haqda da danışıb:

"Hər şey olacaq. Əgər həyat yoldaşımı çox sevsəm, qadağalarını da qəbul edərəm. Hətta sənətdən get desə, razılaşaram”.

Müğənni bizneslə məşğul olan həmkarlarından bəhs edib:

"Özümü iş xanımı kimi də təsəvvür edirəm. Bir çox sahədə uğurlu ola bilərəm. Həmkarlarım arasında biznesi uğursuz olanlar çoxdur. Bunun yeganə səbəbi isə onların bir əldə iki qarpız tutmağa çalışmalarıdır”.

Foto: Azad BAĞIROV

 

 

 

 

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 688
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri