Elnur "Eurovision 2015"in finalında - Video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 2 201
Səs ver:
(səs: 2)
"Eurovision 2015"də Azərbaycanı təmsil edən Elnur HÜseynov ikinci yarımfinalda uğurlu çıxış edərək finala keçib.

Elnur səhnəyə 11-ci çıxaraq "Hour of the Wolf" mahnısnı ifa edib.

Gecənin sonunda bugünkü iştirakçılardan finala keçənlərin adları məlum olub: Litva, Polşa, Sloveniya, İsveç, Norveç, Montoneqro, Kipr, Azərbaycan, Latviya və İsrail.

"Eurovision”ın final günü mayın 23-də baş tutacaq.

Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.

Birinci yarımfinalda Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.

Qeyd edək ki, keçən il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Eurovision-2014” mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst "Rise Like a Phoenix” mahnısı ilə qazanmışdı.


(səs: 2)
Şərhlər: 14
Baxılıb: 2 201
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri