Ramazan ayının başlayacağı tarix açıqlandı – RƏSMİ

Müəllif: NoName
Şərhlər: 18
Baxılıb: 1505
Paylaş:
Səs ver:
(səs: 2)
Bu gün Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının gəlişi münasibəti ilə tədbir keçirilib.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, Dini Qurumlarla İş üzrə Dövlət KOmitəsinin sədri Mübariz Qurbanlının, o cümlədən dini icma rəhbərlərinin iştirakı ilə keçirilən tədbir Quran ayələrinin oxunması ilə başlayıb.
 
Daha sonra Ramazan ayı münasibəti ilə QMİ Qazılar Şurasının və Elmi-dini Şuranın fətvası qəbul edilib. Fətvada deyilir: "Ramazan məqamı müsəlman dünyası üçün ilahi lütfdür, çünki Allahın öz bəndələrinə ən böyük neməti olan Qurani-Kərim məhz bu ayda nazil olub. Təsadüfi deyil ki, səhih hədislərdə orucluğun Allaha aid olduğu və mükafatının da Allahın Özü tərəfindən veriləcəyi bildirilir. Oruc ibadəti bir çox insan üçün həyatlarının dönüş nöqtəsinə çevrilir, günahlardan tövbə etməsinə və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur.
 
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq, Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini əhatə edən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. Mənəvi vəhdətimizi qorumaq məqsədilə müxtəlif mənbələrdən daxil olmuş, məzhəb, vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək digər təqvimlərə müraciət etmək düzgün deyil. Buna görə də dindarlarımıza, bölgələrdəki qazılara, səlahiyyətli nümayəndələrə, imam və axundlara ibadət məkanlarımızda bu təqvimə riayətin vacib olduğunu bildiririk. Eyni zamanda, ölkəmizdə tolerantlıq mühitinin qorunub-saxlanması naminə KİV və sosial-media vasitələrində sözügedən təqvimin təbliği və yayılmasını milli vəhdət baxımından vacib sayırıq.
 
Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Ümidvarıq ki, mövcud əməkdaşlıq yuxarıda göstərilən məqamların həyata keçirilməsi istiqamətində də öz bəhrəsini verəcək.
 
Builki hesablamalara əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 18 iyun 2015-ci ilə təsadüf edir. Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - iyul ayının 18-ə təsadüf edir və həmin gün bayram namazı qılınacaq.
 
Bildirmək istərdik ki, Azərbaycan hökuməti istər Qurban, istərsə Ramazan bayramlarının iki gün bayram edilməsi barədə qərar veribr.
 
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtında (Ramazan ayının son günündə) çıxarılması və imkansızlara verilməsi İslamda vacib əməllərdəndir. Bu, ehtiyacı olanların da bayram sevinci yaşamasına şərait yaradır. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı verməsi vacibdir.
 
Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
 
QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etməkdən qəti şəkildə çəkinməlidirlər, belə ki, bu, şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.
 
Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, o cümlədən, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun.
 
QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə və dindarlara tövsiyə edir ki, Avropa oyunları günlərində xarici qonaqlarımıza zəngin mənəvi, tarixi-mədəni irsimizlə yaxından tanış olmaq imkanının yaradılması üçün əllərindən gələni əsirgəməsinlər”.

loading...
(səs: 2)
Şərhlər: 18
Baxılıb: 1505
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
aLoNe AnGeL
Inwallah o vaxta kimi dunya dagilmazda tutarix heart
16 iyun 2015 19:10
18
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Offline
Aristocratic
Mene bu idi twkler

lazim olan

ALLAH razi olsun
8 iyun 2015 16:20
17
Gulun tikani var deyib uzulmekdense tikanin gulu var deye sevinin
Offline
Сладкий Ангел
insallax qismet olar tutaram)) her il tuturam)
4 iyun 2015 22:15
16
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
Miss_Angel
18 iyun girir oruwduq yani?
4 iyun 2015 20:33
15
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Offline
aziz a
Mubarek Ramazan ayi xos gelir!!!!!!
Allah nesibimiz etsin insALLAH....
4 iyun 2015 20:32
14
Rebbim kömek olsun cümlemize Amin
Offline
Dosta_inam
İnşaallah xeyirlisi ile,Allah bütün tutulan oruclari qilinan namazlari qebul eder İnşaallah,en gözel ayimiz gelir.
4 iyun 2015 20:12
13
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Antikvar
Allah oruc tutanların orucunu,niyyətlərini,dualarını ,qəbul eləsin.Amin.
4 iyun 2015 19:22
12
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
tek umidim sen
En sevdiyim aydi Ramazan ayi...Insallah oruc tutacam
4 iyun 2015 18:47
11
Ne mutlu TÜRK'üm diyene!...
Offline
ALESSANDRA
deməli 18-ii) ramazan aynı çox sevirəm...9 yaşımdan etibarən oruc tuturdu..ama keçən il tutmadım.inşALLAH bu il ALLAH bizə oruc tutmağı nəsib edər))
4 iyun 2015 18:14
10
Don't trust anyone ∆
Offline
NeL
INŞALLAH ALLAH gismet elese tutacam,ALLAH oruc tutanlara güc versin ve ALLAH gebul elesin
4 iyun 2015 16:46
9
Offline
vipbetul
Allah salik qismet etsin insallah Orucumuzu tutub ibadetlerimizi ederik
4 iyun 2015 16:10
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
yarpaq33
On bir ayin sultani
Ramazanim xow geldin inwallah Allah bize guc versin bu orucluq ayinda dozum versin bu istide ki bizde oz borcumuzu layiqince yerine yetirek Allahdan dilediyim tutulan oruclari qilinan namazlari qebul etsin Amin
4 iyun 2015 14:35
7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
BARBI
En sevdiyim ve aylarin padisahi gelir. Insallah tutmaq nesib olar
4 iyun 2015 13:59
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
AYKA-ISI
Allah oruc tutan her kesin orucunu qebul elesin
4 iyun 2015 13:53
5
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
Catwoman666
oruc tutanlarin orucunu Allah qebul etsin
4 iyun 2015 13:26
4
Viking
Offline
Fialka
Mübarək Ramazan ayının gəlişi müsəlmanlar üçün bayramdır və çox sevindiricidir. İnsanlar bu ayda tək yeməklə oruclu olmur həmdə dil orucu və göz orucunu edib öz nəfsiylə mübarizə etməyi öyrənir. Allah bu ayda tutulan orucları və edilən namaz və duaları qəbul etsin inşAllah amin.
4 iyun 2015 13:14
3
Offline
ayka
bu il oruc tutmaq isteyirem Allahin izni ile inwallah 128
4 iyun 2015 13:14
2
İntiqam qoxur ruhum
Offline
Aydan Habili
Yaxsi Alllah Məhəmməd Ya Eli
4 iyun 2015 12:48
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv