Dünən gecə Elidor Miss Turkey 2015 gözəllik yarışmasının final mərhələsi
keçirildi. Ayşe Hatun Önal ve Kenan Doğulunun da musiqiləri ilə
rəngləndirdiyi gecədə Türkiyə ən gözəl qızını seçdi.
Müsabiqədə
iştirak edən 20 finalçı arasından bursalı 18 yaşlı Ecem Çırpan birinci
oldu. Ecem yarışmanın qalibi olaraq son model bir avtomobillə
mükafatlandırılıb.
Türkiyə gözəli ölkəsini bu il baş tutacaq "Miss World” yarışmasında təmsil edəcək.