Üç uşağını atıb Bakıya qaçan qadından tükürpədici ETİRAFLAR - "Birinci gecə "Tarqovı"da"

Müəllif: NoName
Şərhlər: 39
Baxılıb: 2686
Paylaş:
Səs ver:
(səs: 3)
Ucar rayonu Qaracallı kənd sakini 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın 3 uşağı evdə qoyaraq Bakıya qaçması son günlər mətbuatın əsas müzakirə mövzularından biridir.
 
Sözügedən qadını tapıb və çətinliklə də olsa, Ş.Rüstəmovanı danışmağa razı sala biliblər.

- Şəlalə xanım, evdən nə vaxt və hansı səbəbdən qaçmışdınız?
- İyulun 31-də evdən çıxıb getmişəm. Qaynatamla qaynanam mənə işgəncə verirdilər, söz-söhbət çox olurdu. Mən də buna dözə bilmirdim. İkisi də məni döyürdü. Qaynanam hər gün deyirdi ki, səni boşatdırıb, uşaqları əlindən alacağam.

- Həyat yoldaşınız qohumunuzdur?
- Xeyr, kəndçimizdir.

- Yoldaşınız hazırda Rusiyadadır?
- Bu məsələdən sonra Azərbaycana qayıdıb. Eşidirdim ki, yoldaşımın Rusiyada ailəsi, uşağı, gəzdiyi var, evə gec-gec gəlirdi. İki-üç aydan bir telefonla danışırdıq, onda da dalaşırdıq.

- Neçə ildir ailəlisiniz?
- Altı ildir.

- Neçə ildir o Rusiyadadır?
- Demək olar ki, biz ailə qurandan. Səkkiz-doqquz ayda bir dəfə evə gəlib bir ay qalırdı, onda da dalaşırdıq.

- Yoldaşınız Azərbaycana qayıdandan sonra görmüsünüz?
- Xeyr, görməmişəm, telefonla da danışmamışıq.

- Polis sizi ananıza təhvil vermişdi, yoxsa qaynanatanızgilə?
- Anamgil gəlib məni aparıblar. Qaynatamgil məni tutdurmaq istəyirdilər, uşaqlarımı vermirdilər. Dünən gətirib uşaqları üstümə atıb getdilər ki, yoldaşımı evləndirsinlər. Amma əvvəlcə demişdilər ki, qayıtsa, qəbul edəcəyik.

- Uşaqlarınızın neçə yaşı var?
- Böyüyüyn dörd yaşı var, kiçiyi on bir aylıqdır.

- Qaynatanızgilin maddi durumu necə idi?
- Vəziyyətləri yaxşı idi. Amma valideynlərimin durumu yaxşı deyil. Atam xəstədir, qardaşlarım balacadır. Bilmirəm, necə olacaq.

-Təhsiliniz var?
- Xeyr, təhsilli deyiləm. Məndən böyük bacım var, beş uşağıq. Mən 1991-ci ildənəm, yoldaşım 1987-ci ildən.

- Bakıda neçə gün qaldınız?
- İyirmi gün.

- Harda qalırdınız?
- Birinci gecəni "Tarqovı"da qaldım, sonra rusca danışan süpürgəçi qadının evində qalırdım. Onun evində yaşayırdım. Sonra televizordan eşitdim ki, məni axtarırlar. Anamgilə zəng vurdum ki, salamatam.

- İlk gecəni küçədə qalmışdınız?
- Bəli, küçədə qalmışdım.

- Gedəndə uşaqları niyə özünüzlə aparmadınız?
- Uşaqları aparmağa icazə vermirdilər. Həm də evdən elə çıxmışdım ki, üç uşağı yanıma alıb apara bilməzdim.

- Evdən necə çıxdınız ki, heç kimin xəbəri olmadı?
- Gecə 12 idi, yatmışdılar. Həmin gün qaynatam məni döymüşdü. Anamgilə getsəydim, onlar da qəbul etməyəcəkdilər.

- Gecə 12-də Bakıya kimlə gəldiniz?
- Qaçıb yola çıxdım, oradan taksiyə minib gəldim.

- Deməli, pulunuz var imiş...
- Pulum yox idi, üzüyümü satıb yolpulu elədim. Bir qəpiyim də yox idi. Evdən çıxanda qızıllarımı götürmüşdüm.

- Bildirilir ki, internetlə Bakıdan kiminləsə tanış olmusunuz. Bakıya qaçmağınızın da səbəbi bu imiş.
- Elə bir şey olmayıb. Hələ çox söz deyiblər. Guya qaynatamın maşınının açarını götürmüşəm. Bu sözləri məni tutdurmaq üçün deyirlər.

- Bayaq da bildirdiniz ki, sizi həbs etdirmək istəyirlər. Nəyə görə tutdurmaq istəyirlər?
- Guya maşının açarını, evdən pul götürmüşəm.

- Yoldaşınızla axırıncı dəfə nə vaxt danışmışdınız?
- O Rusiyada olanda danışdıq və yenə dalaşdıq. Qaynanam ona demişdi ki, uşaqlara baxa bilmirəm, iş görmürəm.

- Siz ailələrin razılaşmasına əsasən ailə qurmusunuz?
- Mən nişanlananda 13 yaşım var idi, heç nəyi dərk etmirdim. 18 yaşımda ailə qurdum.

- İnternetdən, sosial şəbəkələrdən anlayışınız var?
- Facebook-dan başım çıxmır, amma internetə girməyi bacarıram. Lazım olanda girib videoya baxa bilirəm.

- Nəyə baxırdınız?
- Evdə qaynatamın kompüterində filmlərə baxırdım.

- Əvvəldən qaynatanız sizi döyürdü, yoxsa son vaxtlar döyməyə başladı?
- Əvvəllər acılayırdı, söyürdü, axır vaxtlar döyməyə başladı. Qaynanam nəsə bir "çp" tapırdı, qaynatama deyirdi, o da məni söyürdü.

- Qaynatanız hansı peşənin sahibidir?
- Azər Rüstəmov, müəllimdir. Yoldaşımın adı Əlif, qaynanamın adı Aidədir.

- Deyirsiniz ki, 8-9 ay evə gəlmirdi. Olurdumu ki, telefonla danışanda tez qayıtmasını istəyəsiniz?
- Mən deyəndə ki, tez gəlsin, qaynanam deyirdi, elə demə, qoy oturub işini görsün.

- Yoldaşınız Rusiyada nə işlə məşğul idi?
- Alverlə.

- Qayıdandan sonra valideynlərinizin sizə münasibəti necə oldu?
- Valideynlərim məni tanıyırlar, xasiyyətimi də bilirlər. Ona görə qəbul etdilər. Qaynatamgil isə deyirdilər ki, qızlarını döyüb öldürsünlər, qəbul etməsinlər.

- Yoldaşınız sizi qəbul etsə, barışmaq istəyərsiniz?
- Əlbəttə, istəmərəm. Barışmaq istəsəm, evdən qaçardım? Bilirəm ki, ora getsəm məni nə gözləyir.

- Bilirsinizmi, ana nadir hallarda öz başının dincliyi üçün uşağını qoyub qaça bilər? Amma siz bunu etmisiniz...
- Bilirəm və çox peşmanam. Boşansaydım, o uşaqları mənə verməyəcəkdilər. Qaynanam deyir ki, sən ölsəydin, oğlumu evləndirərdim, yoldaşı uşaqlara baxardı.

- Yoldaşınız Azərbaycanda olanda da qaynananız işinizə qarışırdı?
- Bütün günü üçü də məni söyürdü, dindirmirdilər. İşimi görürdüm ki, söz-söhbət olmasın. Yoldaşım onlara görə məni günlərlə dindirmirdi. Anama, atama söyürdü.

- Bildirilir ki, Bakıda axırıncı dəfə Nərimanov parkında olmusunuz...
- Məni süpürgəçi qadın başqa bir qadınla gətirib ora qoydular ki, anamgil gəlib götürsünlər. Anamla söhbət elədilər, məni götürüb birbaşa polis şöbəsinə gəldik.

loading...
(səs: 3)
Şərhlər: 39
Baxılıb: 2686
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ŞehZam
Demekki gununu qara ediblerki qacibda yaziq qadin! Hec kimi gunu xow kecen yerden qacmaz!!
28 avqust 2015 02:56
39
Offline
tek umidim sen
Adam bilmir kime haqq versin...Allah bilen meslehetdi.
25 avqust 2015 19:02
38
Ne mutlu TÜRK'üm diyene!...
Offline
roksi1995
demeye soz tapmiram
25 avqust 2015 18:29
37
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Offline
Menim balam
İnsan nə halda yaşamasından aslı olmayaraq həmişə ALLAHa şükr etməlidir. Heç nə sənə əsas vermir səhv etməyə. Səbilrli hər şeyin sonunda mükafatlanar. Hərə bir cür sınanır. Kimi malıyla kimi puluyla kimi də övladıyla. Dözüb səbr edənə ALLAH sevinər. Sən də sevinərsən ey Adəm övladı . Onsuzda bu dünya müvəqqətidir. Əbədi dünyanızı düşünün . Həyat nə qədər çətin olsa belə qəbir əzabından ki çətin olmayacaq.
24 avqust 2015 18:03
36
Offline
Leylas
Allah komeyi olsun
24 avqust 2015 14:40
35
Offline
Sucan
bele seyleri oxunyanda coox eseblesirem vicdansizlara soz tapa bilmirem ne deyim gece gece eseblesdirdiyee yaziq Allah komey olsun
24 avqust 2015 00:40
34
Offline
Catwoman666
Nifrət edirəm ailə məsələlərinin gündəmə gətirilməsinə. Bu xanım da hələ müsahibı verib... Ailədə nə olursa, hamısı evin içində qalmalıdır!

...666...
23 avqust 2015 21:52
33
Viking
Offline
Laliçqaa
Yazixx
Allah komeyin olsun
23 avqust 2015 00:31
32
Offline
naz_vefa
Allah komey olsun biz bilmerik kimdi gunahkar
22 avqust 2015 23:38
31
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Offline
efsane..
artiq soz tapmiram demeye bizim insanlar niye bele edirlerki aileni qoruyub saxlaya bilmeyeceksense niye evlenirsenki aile insanin yaninda olmali dayaq olmaldi amma bizimkiler is adi ile gedir rusiyaya ailenide qoyur ana ataya onlarda bildiyini edir yaziq qiz cox pis oldum ona gore son hedde catmasaydi qacmazdi tebiiki Allah komek olsun
22 avqust 2015 21:50
30
Offline
YusLam
Men qinamram ola biler heyatdir,men de nisnalananda nisanlim Moskvada isleyrdi ama qaynanam ilk gundendediki yoldasin harda sen de orda,artiq bir il olacaq aile qurdugum yoldasimla birge Rusiyada yasayriq,qaynanadan cox sey asilidir,menim qaynanam yaxsi qadindir.
22 avqust 2015 19:54
29
Offline
Vuska I-va
neden-oldugun-ilmirem-amma-men-geline-inandim-nedense.Allah-komeyi-olsun.Er-3-uw
agnan-cavan-gelini-atib-gedende- bilmirdiki- bele-olacag..ehhhhh
22 avqust 2015 18:42
28
Bəzən Ana'ya, bəzən Ata'ya, bəzən də 1 parça çörəyə
həsrət qalar insan...
Offline
VIP
Allahköməyi olsun.Onsuz Allah haqdır.Nahaqların cəzasın verəcək.
22 avqust 2015 17:31
27
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
yarpaq33
Yaziq gelin Zulum edirler sonra da deyirlerki evini internet yixdi pozuldu filan day demirlerki bu qeder iwgence vermiwik doze bilmeyib canini goturub qacib
ALLAH OZU KOMEY OLSUN BELE GELINLERE
22 avqust 2015 17:09
26
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Akkuw)
Men onu qinamiram axi yaziq neynesin.allah versin o qaynana qaynatanin belasin.insani uzunden gozlerinden tanimaq olur yaxwi insane benzeyir allah komeyi olsun..allah ovladlarina bext versin;Eyyyy dunya dagilll[right][/right]
22 avqust 2015 16:59
25
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
Offline
vipbetul
qacmaq yol deyil buna gore huquq muhavize orqanlari vardirki onlara muragiyet ede bilerdi.birdefe ele doyulmush veziyyetde getseydi o aileye palis bilerdi ne ederdi belenciy biabirciliqdansa o gur biabirciliqi usdun tuturam
22 avqust 2015 16:35
24
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Little girl
Allah köməy olsun.
22 avqust 2015 16:33
23
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Offline
Nika_016
Gunah birinci qizin ana atasindadi. Iknici de oglanda evlenmisen sen harda yoldasinda orda
22 avqust 2015 16:16
22
Offline
Ela
Allah komeyı olsun
22 avqust 2015 16:14
21
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Offline
meni_gozle
gunah erindedir mence cunki heyat yoldawina sahib cixsaydi indi bu hal baw vermezdi...hec kimin kiminse evinin icinde ne baw verdiyini tam bile bilmez
22 avqust 2015 15:45
20

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv