"Hər şeydən ümidimi kəsdiyimi anda ana oldum" - FOTOSESSİYA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 255
Səs ver:
(səs: 1)
Aparıcı və aktrisa Hande Ateizi "Vogue Türkiyə" jurnalına müsahibə verib.

O, oğluyla birgə yaşadığı dəyişiklikdən danışıb:

"Uşağım olmurdu. Ümidimi kəsmişdim artıq. Xromosom pozğunluğu olurdu. Süni mayalanma yoxladıq. O da olmayınca hər kəsin dünyaya övlad gətirmək məcburiyyətində olmadığını deyirdim. Belə bir  anda hamilə qaldım. Gec övlad sahibi olsam da, daha şüurlu ana olaraq öz qorxularımı övladıma ötürmədən, yetişkin bir analıq yaşamaq istəyirəm".

42 yaşlı Hande oğlu Leonu azad böyütmək istədiyini deyib:

"20 yaşında ana olmaqla mənim yaşımda ana olmaq arasında böyük fərq var. Həyatı dolu-dolu yaşamışam. Azadlığımın əlimdən getdiyini düşünmürəm. Əksinə, Leonun həyatıma tam zamanında gəldiyini düşünürəm. Nə yaxşı ki, gəldi. Arzu edirəm ki, azad ruhlu biri olsun. Həyatı yaşamağa fürsət verəcəyəm. Qoy, səhvlər etsin... İnşallah yaxşı bir insan olar. məni də sevər. Amma anasıyam deyə, məni sevmək məcburiyyətində də deyil".

 

 

 

 

(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 255
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri