İradə İbrahimovanın ana olduqdan sonra ilk açıqlaması - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 029
Səs ver:
(səs: 2)
Bu yaxınlarda ikinci dəfə ana olan müğənni İradə İbrahimova təəssüratlarını bölüşüb.

Açıqlama verən sənətçi bu hissin ona yuxu kimi gəldiyini bildirib:

"Oğlumu təbii yolla dünyaya gətirdim. Uşağın çəkisi çox idi deyə, bir az çətinliyim oldu. Çəkisi 4 kiloqram, boyu 53 santimetrdir. Yenidən analıq hissini yaşadım. Ailəmizin bir üzvü də artdı. Bu dəyişiklik mənə yuxu kimi gəlir. Qucağımda Əli, yanımda İpək - qəribə hisslər keçirirəm. İnşallah övladlarımı sağlam, ailəsinə, vətəninə layiqli biri kimi yetişdirə bilərəm".

İ.İbrahimova qızı dünyaya gələndə sənətdən uzaqlaşsa da, indi belə bir planı olmadığını deyib:

"İpəklə Əliyə münasibətim eynidi. Birinci və ya ikinci söhbəti ola bilməz. Əliyə elə İpəyə baxdığım kimi sevgi, nəvazişlə baxacam. İstəmirəm ki, uşağı diqqətsiz qoyum və o, bunu hiss eləsin. İpək valideynlərindən aldığı sevgini geri qaytara bilir. Hər gün "yaxşı ki Əli var, yaxşı ki anamsan, yaxşı ki atam var" cümlələri ilə bizi sevindirir. Sənətimdə isə durğunluq yaratmaq istəmirəm. Artıq təcrübəli anayam. Amma yoldaşımın, övladlarımın mənə ehtiyacı varsa, ilk onların yanında olacam".

Müğənni 10 gün sonra balaca Əlini sünnət etdirəcəyini də söyləyib.

 

 

(səs: 2)
Şərhlər: 11
Baxılıb: 2 029
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri