Röya: Bir adam yoxdur ki, gətirib sənə pul verib, işini görsün

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 714
Paylaş:
Səs ver:
(səs: 2)
"MƏN ONSUZ YAŞAYA BİLMƏRƏM"
 
Müğənni Röya Ayxan öz ətirini yaradacaq.

Sənətçi bu haqda "Star life" verilişində xəbər verib. O, hazırlıq işlərinin 3 il əvvəl başladığını bildirib:

"Üç ildir ətir barəsində danışıqlar gedir. Bir ara iş tamamlanmışdı, edirdik. Gördüm bizi aldatmaq istəyirlər, razılaşmadım. Demişdim ki, ətir xaricdə hazırlanacaq, onu buraxan zavod keyfiyyətli olmasına söz verəcək. Kənan danışıqlar aparırı. 6 ildir eyni ətri vururam, onsuz yaşaya bilmirəm. Ümumiyyətlə biznes sahəsində də irəliləyəcəm. Moda evi, gözəllik salonu açacam. 40 yaşdan sonra prodüserlik edəcəm. İndi özümə prodüserlik edirəm, bu işi bacarıram".
 
Türkiyədəki işlərindən danışan Röya ölkəmizdə şou-biznesdəki durğunluqdan da danışıb:

"Durğunluq mediadan başlayır. Qəşəng səslərimiz var. Düzgün təqdim olunmalıdırlar ki, yadda qalsınlar. Biri oturub radioda ancaq xoşu gələn müğənniləri səsləndirir. Digəri birlikdə çalışdığının toy mahnılarını qoyur. İndi mən Türkiyənin müğənnisiyəm. bütün sənədləşdirmədə göstərilir ki, Bakı ilə əlaqəm yoxdur. Orada hər şey qanuna uyğundur. Azərbaycanda belə şeylər yoxdur. hansı mahnıdan biz pul qazana bilirik? Əgər oradakı kimi olsaydı, mən "Səninəm"lə nələr qazanardım. 3 il işləməyib, toya getməyib oturardım. Amma mən evimi, maşınımı girov qoyub konsert edirəm. Mənim sponsorum yoxdu, olmadı da. Elə bir adam yoxdur ki, gətirib sənə pul verib, işini görsün".

R.Ayxan telekanallara da xəbərdarlıq edib:

"Kanallar mən tərəfdən böyük hücuma hazır olsunlar. Nə vaxtsa məni əzib, tənqid ediblər. Bu hücuma indi mənim haqqım var. Verilişlərdə toyxanadır. Çatan kimi "çıkkıdı" mahnı qoyurlar. Mən bu qədər iş görürəm, sən hansı haqla sənətimi yerə vurursan? Allah hamının bəxtini versin. Bu da məndə var. Deyirlər Türkiyədəki işlərin nə oldu? Elə bil hər şey asandı. Yavaş-yavaş etmək lazımdır. Xalqın sevgisini qazanmaq üçün birinci onun jurnalistini və sənətçilərini ələ almaq lazımdır".

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 714
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv