"Mən qızımı atasız böyütmüşəm, bunlar isə yazır ki..." - müğənni əsəbiləşdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 1 866
Səs ver:
(səs: 1)
Aktrisa və müğənni Yeşim Salkım qızı Gizemi konsert salonlarının birinin tualetində döydüyü xəbərinə reaksiya bildirib.

O, "Aramızda kalmasın" verilişinə zəng vuraraq bunları deyib:

"Mənim necə ana olduğumu hər kəs bilir. Ana olmağı sosial mediada nümauiş etdirərək yaşayan biri deyiləm. Övladlarıma olan həssaslığım da bəllidir. Qızım 25 yaşında və nişanlıdır. Öz ayaqları üzərində duran insandır. Bir ildir xəstəliyim və evliliyimlə bağlı problemlərim var. Bu xəbər də hər şeyin üzərinə gəldi. İki övladıma indiyə qədər əl qaldırmamışam.

Həmin gün fasilədə səhnə arxasında Gizemi görmədim. Eşitdim ki, rəfiqəsi ilə tualetdədir. Narahat oldum ki, içki içər. Soruşdum, "Yox" dedi. Götürüb kulisə gətirdim. Onun başına bir şey gəlməsini istəmədiyim üçün həssas yanaşıram və bu da çox normaldır. Yayılan xəbərin isə heç bir əsası yoxdur.
 
Qızımı atasız böyütdüm. Atasız uşaq böyütmənin nə demək olduğunu bilirsiniz. Bu ölkədə qadın olmaq çətindir, bunu bir daha yada saldılar. Özümlə bağlı xəbər olsa, əsəbləşməzdim. Amma mövzu qızımdır...".
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 1 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri