"O səs Türkiyə"dəki münsifliyi ilə yanaşı canlı səhnədəki ifaları ilə də fanatlarını sevindirən Ebru Gündeş İnstaqramın da aktiv istifadəçilərindəndir.
İfaçı bu gün illər əvvəlki fotosunu paylaşaraq "45 kiloqram olduğumu demişdim" yazıb.
Ebru keçən mövsümün sonunda Elnur Hüseynovla qalib olarkən kulisdə dava salan həmkarı Gökhan Özoğuzla da aralarındakı problemi artıq həll edib.
Bu yaxınlarda appendisit əməliyyatından çıxan Gündeş çəilişlərdə tez-tez "məni çox yormayın, əməliyyatdan çıxmışam" deyib.
Bir neçə gün əvvəl uzun müddətdən sonra konsert verən müğənni onu dinləməyə gələn hər kəsə İnstaqramda təşəkür edib.