Hazal Kaya İsadan şikayət etdi: Onu Türkiyəyə buraxmayın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 818
Səs ver:
(səs: 0)
Aktrisa Hazal Kaya iranlı fanatından şikayət edib.

İstanbulda təhsil alan 27 yaşlı İsa Kərimi aktrisaya heyranlığını ifrat dərəcəyə çatdırdığı üçün polis tərəfindən saxlanılmışdı və H.Kayaya 4 ay yaxınlaşmaması haqda qərar çıxarılmışdı.

Ardıyca iranlı tələbəyə cinayət işi açılmışdı. Həmin ərəfədə İsanın sosial şəbəkədə "Hazal mənim tək nazlı canım. Bir dənəm, gözümün bəbəyi, həyat yoldaşımdır. Ya Hazalım, ya da ölüm" yazması onun haqqında yeni cinayət işinin açılmasına səbəb olub. 

Hazal Kaya onu narahat edən "manyak"ın Türkiyədə icazəsiz qaldığını iddia edərək ölkəyə buraxılmamasını tələb edib. Türkcə rahat danışa bilən İsa "fanatıyam, amma heç realda görmədim. Evinə getmədim. Ailəm gedib görüb onu. İş yerinə hədiyyələr də göndərmişəm. Vəziyyətin bu hala gəlməsini istəməzdim" deyib.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 818
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri