Tanınmış aparıcı xərçəngə tutuldu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 606
Səs ver:
(səs: 1)
"TRT Haber”də yayımlanan "Sokak lezzetleri” proqramının aparıcısı Seval Akbaba xərçəngə tutulub. 

Verilişin prodüseri və rejissoru Tunahan İlbars bu barədə mediaya yazılı açıqlamasında bildirib: 

"Canım dostum və gözəl aparıcı Seval Akbaba, təəssüf ki, xərçənglə mübarizə aparırır. Vəziyyəti çox pisdir. Hər cür dəstəyə ehtiyacı var. Kömək etmək istəyənlər verilişin sosial şəbəkə hesablarından Sevalla əlaqə saxlaya bilərlər. Hazırda şüuru yerindədir və mesajları oxuya bilir”. 

Seval Akbaba təxminən 5 həftə əvvəl İnstaqram hesabından səhhəti ilə bağlı bunları yazmışdı: 

"Çox çətin keçən 3 həftə. Buna da şükür edirəm. Allah betərindən qorusun. Bütün telefon zəngləri, mesajlarınız, məktublarınız, hər gün etdiyiniz dualarınız… - yorğunluğumun üzərinə enerji verir mənə. O qədər şox söz demək istəyirəm ki…Mənə görə narahat olduğunuzu bilirəm, amma əlimə telefonu alıb nəsə yazmağa halım yoxdur. Bu həftə 3-cü kimyəvi terapiya alacağam. Yenə özümdə olmayacağam. Milyonlarla insanların dualarını hiss edirən. Varlığınız mənə güc verir. Yanımda olduğunuz üçün hamınıza təşəkkür edirəm”.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 606
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri