Röya: Bəzən kişilərdən daha çox cəsarətli olduğumu öyrəndim - MÜSAHİBƏ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 216
Səs ver:
(səs: 2)
Əməkdar artis Röya Ayxan Türkiyə mətbuatına müsahibə verib.

1. Bu günlərdə sizi ən çox nə təəccübləndirir, ya da heç təəccübləndirmir?
- Çox təəccüblənən biri deyiləm. Türkiyədə gördüyüm diqqət məni təəccübləndirdi. 

2. Karyeranız, sevgi, yoxsa azadlığınız daha önəmlidir?
- Hamısı bir-birinə bağlıdır, mən də onlara.

3. Kişilərdən bu günə kimi nə öyrəndiniz?
- Bəzən kişilərdən daha çox cəsarətli olduğumu öyrəndim.

4. Qadınların ən heyranedici özəlliyi nədir?
- Ağıllı olub axmaq davranan qadınlara heyranam. Əsl ağıl budur. Çünki görünüşdəki ağılı heç kim sevməz.

5. Sevgi üçün etdiyiniz ən çılğı hərəkət...
- Mən etmədim. Əhəmiyyət verdiklərim arasında bu yoxdur. 

6. Necə kişilərə dözə bilməzsiniz?
- Çox danışan adamları sevmirəm. Qadının arxasında durmayan kişiləri sevə bilmərəm. 

7. Kişi olsaydınız kim kimi olmaq istəyərdiniz?
- Çox çətin sualdır. Qəhrəman lidelərdən olamq istərdim: Heydər Əliyev, Atatürk.

8. Səhər ritualınız necədir?
- İlk on dəqiqə əsəbi oluram, mənə toxunmasınlar. Qəhvə içib özümə gəlməyə başladığım anda düzəlirəm. 

9. Özünüzə kimi örnək alırsınız?
- Uitni Hyustonu.
 
10. Heç heyrətlənərək "İçimdə bu hisslər var imiş” dediyiniz oldu?
- Çox kövrək olmağa başlamışam. Əvvəllər bu qədər həssas deyildim. 

11. Ürəyinizi ən sürətli nə və kim döyündürür.
- Oğlum və mahnılarım. 

12. Birdən çox sevg hissi yaşadınız?
- Yaşadım, yaşayıram və yaşayacağam da. Yoxsa mən ola bilmərəm. 

13. Uğur gətirdiyinə inandığınız əşyanız var?
- Əşyalara məna vermirəm. Amma bu ərəfədə oğlumun əli lə düzəltdiyi əşyalar mənim üçün daha çox dəyərlidir. 

14. Sevgiyə görə peşman oldunuzmu?
- Məncə hamısının bir səbəbi var. Peşman olmaq əvəzinə dərs almağa çalışıram.
 
15. Nədən qorxursunuz?
- Tək qalmaqdan.

16. Bir stil məsləhəti versəniz...
- Dəyişikliyi sevirəm, məsləhət qadınlar əziyyət çəkdikləri hündürdaban ayaqqabını geyinməsinlər. Çirkin görünür.

17. Hansı qadının qarderobuna gizli girərdiniz?
- Cennifer Lopesin.

18. Bu ərəfələr başınızı ən çox nə qatır.
- Türkiyədə gördüyüm sevgi və diqqət hazırda məni çox həyəcanlandırır. 

19. Dünyanı idarə etməli olsaydınız ilk nəyi dəyişərdiniz?
- Hər işin başına qadınları qoyardım. 

20. Hansı kişinin yataq otağına gizli baxmaq istəyərdiniz?
- Heç belə bir şey fikirləşmədim. Düşünməsəm də olar.

21. Başqa qadınlarla müqayisə olunanda fərqiniz nədir?
- Dedi-qodu sevmirəm, saatlarca oturub onun-bunun qeybətin qırmaram. 

22. Həyatınızın ən gözəl dövrü...
- 16 yaşında önəmli bir bəstəkarın yanına getdiyim gün həyatımın dəyişəcəyini hiss etmişdim. 

23. Heç məşhurluğunuzdan istifadə edib, nəsə əldə etməyə çalışmısınız?
- Heç bir zaman. Etmək də istəmərəm. 

24. İnsanların haqqınızda səhv bildiyi bir şey var?
- Adamlar məni düşüncəsiz biri bilir. Amma mən çox xırdalıqları belə düşünən, özünü başqalarının yerinə qoya bilən biriyəm. Axşam gəzməyə getmərəm, əyləncə məkanlarında olmaram. Amma hamı mənim bütün günü əyləncələrdə olduğumu düşünür. Həyatımı qapalı yaşamağı sevirəm. Mən əslində sakit adamam.
 
25. İndi göy üzünə baxıb bir arzu tutmuş olsaydınız nə deyərdiniz?
- Bütün dünyada sülh olsun istəyirəm.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 216
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri