Türkiyədə yaşayan azərbaycanlı model Sima Şərafətdinova plaastik əməliyyat etdirib.
Burnunu düzəltdirən Sima yeni fotosunu sosial şəbəkədə paylaşıb. Görünüşündən razı qalan model bunları vurğulayıb:
"Kimin burnu ilə bağlı problemi varsa, gedib əməliyyat etdirsin. Sağlamlıqla bağlı əməliyyat etdirməliydim. Narkoz aldığım üçün estetik dəyişikliyi də etdirməyi qərara aldım. Nəticədən çox razıyam. İstədiyim kimi çox təbiidir, üz görünüşüm heç dəyişmədi”.
Qeyd edək ki, Sima Türkiyədə "İşde benim stilim" verilişi ilə tanınıb.