Ebru Gündeşin həyat yoldaşı ABŞ-da həbs edildi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 305
Səs ver:
(səs: 2)
Türkiyədə "17 dekabr- rüşvət əməliyyatları" zamanı tutulub bir müddət həbs yatdıqdan sonra buraxılan Cənubi Azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-da həbs olunub.

Mayamidə hakim Riçard Bermanın sədrliyi ilə keçən məhkəmədə Rza və digər iki nəfər üçün ABŞ hökümətini aldatmaq ittihamı ilə 5 il, ABŞ-ın İran sanksiyalarını pozduğu üçün 20 il, bank saxtakarlığı üçün 30 il və "çirkli pullar"dan istifadə üçün 20 il olmaqla ümumi 75 il həbsi istənilib.

Martın 19-da həbs edilən iş adamları 2010-2015-ci illərdə ABŞ-da gördüyü qeyri-qanuni biznes işlərinə görə məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qarşıdakı günlərdə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, bir müddətdir Rza Zerrabın həyat yoldaşı, müğənni Ebru Gündeşdən boşanacağı şayiələri də gəzir.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 2 305
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri