Məşhur evlilik proqramı ilə bağlı qalmaqal - 2 min verdilər ki, iştirak edim...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 470
Səs ver:
(səs: 0)
"Bayan bacak" ləqəbli türkiyəli aktrisa Serpil Örümcer Fox Tv-də yayımlanan "Zuhal Topalla" adlı evlilik proqramı ilə bağlı iddia qaldırıb.
Aktrisa "Söylemezsem olmaz" proqramında evlilik proqramına qatılmaq üçün ona 2 min lirə (təxminən min manat) verildiyini bildirib.
"Zuhal Topalın aparıcılığını etdiyi verilişdən mənə zəng edərək dedilər ki, "Sən proqrama qatıl, biz sənə kömək edəcəyik". Mən də inanıb getdim. Mənə aylıq 2 min lirə verəcəklərini, bunun üçün namizəd kimi iştirak etməli olduğumu dedilər. Mən də razılaşdım. Bir ay sonra bir kişi məni istədi. Düzgün birinə oxşayırdı. Mənə kömək edəcəyini, ev alacağını demişdi. Daha sonra onun evli olduğunu öyrəndim, bununla da əlaqəmizi kəsdim. Lakin sonradan haqqımda yalandan mənə ev verildiyi ilə bağlı xəbərlər çıxdı. Bunlar azmış kimi məni verilişə bir daha dəvət etmədilər", - deyə S. Örümcer söyləyib.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri