"Arzusunda olduğum rolu həyatda oynayıram. Hələ ki, filmə çəkilməyə vaxtım yoxdur. Övladım, ev işlər və verilişlərim var".
Bu sözləri açıqlamasında aparıcı Kamilə Babayeva deyib. O, bundan sonra sakit həyat yaşamaq istədiyini bildirib:
"Uşaqlıqdan filmə çəkildim, çox işlər gördüm. Ona görə indi mənə sakit həyat maraqlıdır. Taleyimə aktrisalıq yazılıbsa, olacaq".
"5-ci element" verilişindən danışan K.Babayeva çətinlikləri etiraf edib:
"Hüsniyə Avropada olur, tez-tez gedib-gəlir. Ona görə bir az çətinliyimiz olur. Amma yaxşı gedir. Hərənin öz obrazı var, onu reallaşdırır. İnsanların xətrinə dəyməyi sevmirəm. Ona görə də məndən inciyən qonağımız olmayıb. Ən böyük istəyim bu veriliş yeni mövsümdə də davam etsin. Bu dörd insanın (Ranar Musayev, Rüfət Ağayev, Hüsniyə Məhərrəmova və Kamilə Babayeva - red.) bir araya gəlməsi böyük uğur idi".