Bakıda 32 yaşlı müəllimə 18 yaşlı şagirdə qoşulub qaçdı – video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 9 806
Səs ver:
(səs: 1)
Qadın müəllimə ilə şagirdin toyu dünən olub.

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib.

Qadinlar.Biz saytı Oxu.Az-a istinadən xəbər verir ki, belə ki, məktəbin ingilis dili müəlliməsi 32 yaşlı Əminə müəllimə həmin məktəbin şagirdi 18 yaşlı Cəlil bəyə qoşulub qaçıb.

Məlumata görə, ilk öncə tərəflərin ailə üzvləri bu birliyə razı olmayıb.

Şagirdə qoşulub qaçan müəllimənin hərəkəti dərs dediyi məktəbin əməkdaşları tərəfindən də xoş qarşılanmayıb. Şagirdlərdən birinin verdiyi məlumata görə, bütün məktəb bu hadisədən danışır.

Məlumata görə, gəlin müəllimə imkanlı ailənin övladıdır. Əminə müəllimənin anası qətiyyən bu nikaha “yox” deyir. Nə qardaşı var, nə bacısı. Evin tək qızıdır. Qızının qoşulub qaçdığını bilən atanın da səhhəti pisləşib. Şagird-müəllimə sevgisi 2 il imiş davam edirmiş.

Digər mənbələrdən daxil olan məlumatda qeyd edilir ki, məktəbin drektoru da bu işə ilk əvvəldən “yox” deyib. Bu səbəbdən biz birbaşa direktor Məmməd müəllimlə əlaqə saxladıq. Direktor bu məsələni qətiyyətlə pislədiyini və bu işə qarşı çıxdığını bildirdi.

Məmməd müəllim qeyd etdi ki, oğlanla təklikdə görüşməyib. Çünki məktəb vaxtı bu haqq-hesabdan heç kimin xəbəri olmayıb. Bu sevgi hekayəsi bəy məktəbi bitirib gedəndən sonra ortaya çıxıb.

Hadisəyə Təhsil Nazirliyinin rəsmisi də münasibət bildirib.

Toy Biləcəridəki “Ağ Saray” şadlıq evində baş tutub

[media=https://www.youtube.com/watch?v=pxhAg2s6uf8]
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 9 806
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri