Efirə ona görə tez qayıtdım ki... - fotosessiya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 134
Səs ver:
(səs: 0)
Aparıcı Samirə Rəhimova yeni fotosessiya etdirib.

Açıqlama verən aparıcı “İncə şarm” adlı verilişlə “Xəzər” telekanalında efirə çıxacaq.

S.Rəhimova yeni görünüşü və layihəsi haqda danışıb. O, payız mövsümündə tamaşaçıların qarşısına tam fərqli formada çıxacağını da deyib:

“Hələ yenilik bununla bitmir. Payızda tamaşaçılara tam fərqli formatda veriliş təqdim edəcəm. Maraqlı rubrikalar olacaq. Bu fotosessiyanı da "İncə şarm” verilişi üçün etdirmişəm”.

S.Rəhimova ana olduqdan sonra qısa zamanda artıq çəkidən xilas olduğunu da bildirib:

“Hamiləlik vaxtında çox çəki almamışdım. Ona görə də aldığım az miqdarda artıq çəkidən xilas olmaq üçün çox çalışmadım. Çəkim qısa zamanda öz-özünə getdi, elə buna görə də efirə tez qayıdıram. Həm yayda iştah olmur. Rasionumda yalnız salatlar, yüngül yeməklər var. Tək problemim odur ki, şirniyyatsız qala bilmirəm. Hər gün ən az şokolad yeyirəm”.

Qeyd edək ki, "İncə şarm" verilişi həftənin şənbə günü saat 14:25-də, bazar günü isə 16:05-də "Xəzər" telekanalında yayımlanacaq.

Efirə ona görə tez qayıtdım ki... - fotosessiya








(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 134
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri