Samirə boşanma xəbərindən danışdı: Bir-birimizə ən doğma insanlarıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 186
Səs ver:
(səs: 1)
Bu saytlardan birində ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə xanımı, keçmiş xəbər aparıcı Samirə Mustafayevanın boşanması haqda xəbər dərc edilib. Xəbərdə qeyd olunur ki, cütlük boşanma ərəfəsindədir.
Tanınmış teleaparıcılar hazırda ayrı evlərdə yaşayırlar. Məsələ ilə bağlı açıqlamasında Samirə yayılan xəbəri nə təsdiq, nə də təkzib etdi:
"Mən şəxsi həyatımla bağlı heç bir şəkildə danışmaq istəmirəm. Heç vaxt bu mövzularla gündəmə gəlməyə çalışmamışam. Bu dönəmdə də xahiş edirəm ki, kimsə bu mövzuya toxunmasın. Həyatda hər şey baş verir. Kimsə sabahından sığortalanmayıb. Biz Vaqiflə bir-birimizə ən doğma insanlarıq. Çünki canımızdan bir parça olan qızımız var. Ona görə hər kəsdən xahiş edirəm ki, kimsə bu məsələ ilə üstümə gəlib, mənə suallarlar yağdırmasın. Bizim şəxsi həyatımız hər zaman şəxsi olaraq qalacaq və bizdən başqa kimsəyə aidiyyatı olmamalıdır. Rica edirəm, hörmətlə yanaşasınız".
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 186
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri