Fabrikdə işləyən evli kişidən hamilə qaldım... - Azərbaycanda dəhşətli hadisə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 007
Səs ver:
(səs: 1)
Bu dəfə sizə milliyyətcə rus olan Olyanın (adı şərtidir) həyat hekayəsindən bəhs edəcəyik. O, indi Rusiyanın Krasanadar şəhərində yaşayır. Amma, doğulub boya – başa çatdığı yer isə Cəlilabadın əvvəllər “Naftuluq”, indi isə Söyüdlü adlanan kəndidir. İllər keçsə də, onunla sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayırıq. O, Söyüdlü kəndində azərbaycanlı kişi ilə evli idi, amma sonradan ondan da ayrılıb Krasnadara getdi. Hər şeyi onun özündən eşitmək daha maraqlı olardı.

“Çünki o, evli idi...”

“Cəlilabadın Söyüdlü kəndinə bizim babalarımız təxminən 1870 – ci illərdə gəlib. Bu kəntdə ancaq ruslar yaşayıb. İndi siz o kəndin adın dəyişib “Söyüdlü” adlandırmısınız, bizim vaxtımızda bu kəndin adı “Naftuluq” idi. Valedeynlərim də bu kənddə doğulub. Ailədə üç bacı və bir qardaşıq. Mən fabrikdə işləyəndə o yaşlı kişiylə münasibət yaratmışdım. Məslənin bu qədər ciddi olacağını bilmirdim. Çünki o, evli idi. Sonra elə oldu ki, mən hamilə qaldım və bir oğlum oldu. Bundan sonra uşağımın atasının məhz həmin adam olmağını hamı bildi, elə onun ailəsi də.

“Çox yox, iki il belə yaşaya bildim...”

1990 – cı ildə Azərbaycan müstəqillik qazanandan sonra, bizim kənddə hamı evini sataraq Rusiyaya qayıtmağa başladı. Getdikcə kəntdə heç kimin qalmadığını görən atam bizim də evimizi satışa çıxardı. Mənim evli olduğum kişi evimizi atamdan satın aldı. Sonra atamgil Rusiyanın Krasnadar şəhərinə köçdülər. Mən isə atamgilin kəntdəki evində qalmalı oldum. Çox yox, iki il belə yaşaya bildim. Çünki, belə yaşamaq məni çox sıxırdı. Mən subay qız olmuşdum və mənim nəyim əskik idi ki, evli kişiylə yaşayam. Onun da ailəsi olduğuna görə iki evin arasında qalmışdı.

“O, bu təkilifimə görə məni möhkəm döydü...”

Sonra həyat yoldaşıma dedim ki, mən burda yaşaya bilmirəm. Məni də atamgilin yanına apar. Həyat yoldaşım evimizi sataraq məni və azyaşlı oğlumu da götürərək atamgilin yanına getdik. Orda atamgilin yanında özümüzə ev aldıq. Həyat yoldaşım isə çox keçmədi ki, Azərbaycana qayıtdı. Çünki burdakı ailəsini də başsız qoya bilmirdi. Uşaqları böyük idi, hər dəfə bir problem çıxarırdı.

Sonra bir dəfə həyat yoldaşım yanıma gələndə, ondan boşanmaq istədiyimi dedim. O, bu təkilifimə görə məni möhkəm döydü. Bundan sonra belə bir həyat yoldaşı ilə yaşaya bilməyəcəyimi daha da dəqiqləşdirdim. Bu hadisədən sonra biz ayrıldıq. Oğlum da mənimlə qaldı. Bilirdim ki, oğlumu aparsa, öz uşaqlarına qoşub uşağı tərbiyyəsiz böyüdəcək.

İndi yaxşı bir adamla ailəliyəm və bir qızım da dünyaya gəlib. Xoşbəxtəm. O, bəlkə də bir alın yazısı idi ki, onunla rastlaşmışdım. Biz də kişi qadının yanında olmalıdı. Mən illərlə onun yolunu gözləyə bilməzdim.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 007
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri