Müğənni Yeşim Salkımın şəxsi həyatı ilə bağlı verdiyi açıqlama rezonans doğurub.
"Həyat başlasın" verilişində qonaq olan müğənni boşanması ilə bağlı bunları deyib:
"Ərimdən boşananda hamının üstünə hücum edirdim. Boşanmaq çox kədərli situasiyadır. Anlada bilmədiyimiz duyğular var. Səssiz bir hayqırtı yaşayırsan. Sonra isə səsini yüksəldirsən. 2002-ci ildə xəyanətə uğrayıb , boşanmış bir qadın idim. Qadınlar dünyada bir-birinə dost kimi görünsələr də, dost deyillər. Bir qadının ən böyük düşməni qadındır. Əslində qızımı dünyaya gətirməyim də təsadüf oldu. Hakanla dalaşmışdıq, ayrılmışdıq. Bir gecəliyinə evə gəldi və o gecədə hamilə qaldım.Halbuki əvvəllər heç vaxt hamilə qala bilmirdim. Amma xəyanət mənim də qapımı döydü. Hamısı bu həyatda mənə dərs oldu. İki dəfə ailə həyatı qurdum, ikisində də bacarmadım".