WhatsApp-da başqa kişiylə danışdı, əri bıçaqladı - Ağdamda

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 161
Səs ver:
(səs: 0)
Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ülvi Zeynalov yaşadığı evdə həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əfsanə Zeynalovanı bıçaqlayıb.

Əfsanə Zeynalova dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Cinayəti törədən Ülvi Zeynalov tutulub.

Araşdırmalar zamanı məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Hadisədən əvvəl Ülvi Zeynalov həyat yoldaşını “WhatsApp”da başqa oğlanla danışdığını görüb. Elə cinayəti də bunun üstündə törədib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb. (Teleqraf.com)
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 161
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri