Bakıda universitet müəllimini zorladılar... – Sevgi məktubları açıqlandı

Müəllif: NoName
Şərhlər: 6
Baxılıb: 3339
Paylaş:
Səs ver:
(səs: 0)
Ali Məhkəmədə aparılan Universitetlərinin birinin müəlliminin zorlanması barədə iş qalmaqal yaradıb.
Məhkəmə çay evində, evli bir şəxs tərəfindən zorlandığını iddia edən həmin xanımın iddiasını təmin edib. Evli kişi 7 il müddətinə azadlıqdan məhrum edilib. İlk baxışdan sadə görünən bu işin Ali Məhkəməyə kimi gəlib çatması və orada da böyük qalmaqalla davam etməsi isə səbəbsiz deyil. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi sübutlar, hakimlərin hülqumundan rahat tikə kimi keçə bilmir.

Zorlama maddəsi ilə həbsdə yatan Əzizov Elnurun yaxını Şahgəldi Quliyev məhkəmə instansiyalarının, hüquq-mühafizə orqanlarının nəzərə almadığı, amma elə ilk baxışdaca, ciddi mətləblərə yol açan və ədalətin pozulmasını adama gün kimi göstərən həmin sübutları təqdim edib. Həmin sübutların təqdim edilə bilən hissəsini oxucularımıza çatdırırıq:

“Zorlanma” hadisəsinin qısa xülasəsi
Elnur Əzizov 2014-cü ildə çay evində Məlahət Məmmədovaya (ad şərtidir) qarşı zor tətbiq etmək, onun köməkiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqədə olmaqda ittiham olunur. Bununla bağlı açılan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə diabet xəstəliyi olan Məmmədovanın zorlanma zamanı huşsuz vəziyyətdə olduğunu və bu səbəbdən müqavimət göstərmədiyi qənatinə gəlib. Nəticədə Əzizov barədə 7 il azadlıqdan məhrumetmə cəzası tətbiq edilib. Məhkəmə bu qərarı qəbul edəndə nədənsə şahid ifadələrini, hadisə baş verən kafedə giriş–çıxışı çəkən kamera görüntülərini və qeyd olunan xəstəliyin xüsuslarını nəzərə almayıb.

Çay evində video çəkilişdə nələr var?
Elə buna görə də qərarın yanlış olduğunu iddia edən Quliyev Əzizovun günahsızlığını sübut edən bir sıra faktlar olduğunu qeyd edib. Belə ki, cinayət əməlinin törədildiyi iddia edilən çay evində video çəkiliş aparılıb. Məhkəməyə təqdim edilən görüntülərdə Məmmədovanın zorlandığını bildirdiyi gün çay evinə könüllü şəkildə gəldiyi və buranı tam sakit şəkildə tərk etdiyi görünür. Məhkəmədə çıxış edən şahidlər də Məmmədovanın Əzizovla səmimi münasibətdə olduğunu, heç bir səs-küy olmadığını, Məmmədovanın heç kimi köməyə çağırmadığını qeyd ediblər.

Sevgi mesajları
Quliyev Məmmədovanın Əzizova ünvanladığı çox sayda mesajları da məhkəməyə təqdim edib. Həmin mesajlarda Məmmədova Əzizovla könüllü şəkildə bərabər olduğunu, onunla ailə qurmaq istədiyini, onsuz yaşaya bilməyəcəyini yazır və Əzizovdan ondan ayrılmamasını xahiş edir. (Həmin mesajların hamısı redaksiyaya təqdim edilib- red.)

Həmin mesajlardan bir neçəsini təqdim edirik:
- Elnur sən mənimlə evlənəcəksən ? Yoxsa mən belə qalacam
- Yaya kimi nişan et
- Səninlə olduğuma yox , sadəcə hər səfərində məndən hansı bəhanə ilə qaçmağından peşmanam

Diabet xəstəliyinin zorlanması...
Quliev bildirib ki, məhkəmənin Məmmədovanın diabet xəstəsi olduğu üçün stresdən huşunu itirdiyi və buna görə müqavimət gəstərə bilməməsi barədə iddiası da yalnışdır. Belə ki, əgər xəstə ağır formalı şəkərli diabetli xəstədirsə və 2-3 saat ərzində qanda şəkərin səviyyəsini kəskin qaldıran qida maddələri qəbul edirsə və güclü stress faktoru olursa, xəstədə dekompensasiya vəziyyəti yarana bilər ki, bu halda yalnız həkim tərəfindən ixtisaslı tibbi yardım göstərilməsə xəstənin vəziyyətinin normallaşması mümkün deyildir. Bu faktlar Məlahət Məmmədovanın 28.01.2014-cü il tarixində insulin qəbulundan məhrum olmasını, qanında şəkərin yüksək səviyyəyə qalxmasını və taqətsiz vəziyyətdə düşməsini inkar edir.

Qeyd edək ki, Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət tərkibi olmadığı üçün iş rədd edilib. Buna baxmayaraq, hansısa qüvvə 25 dekabr 2015-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Huseynovun sədrliyi ilə zorlamada təqsirləndirilən Elnur Əzizov 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum etdirə bilib. Bakı Apellyasiya məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə ittiham hökmü 5 iyul 2016-cı il tarixində qüvvədə saxlanılıb.
Ali məhkəmənin hakimi İlham Cəfərovun sədrliyi ilə işə yenidən baxılacaq.

loading...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3339
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
SENSİZ
Oxuduqumdan bu fikre geldimki oqlan gunahsizdi qizin mesajlari bunu demeye esas verir.Ne bilim duzun Allah biler
28 avqust 2016 12:22
6
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
lili)
qarsiqdi nese
27 avqust 2016 14:12
5
Offline
Onun_Mələyi
Qarışıq məsələdi...başnızı yormuyun.
27 avqust 2016 00:57
4
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
Barbaris
indi burda gunah kimdedi bilmedim
27 avqust 2016 00:40
3
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
vipbetul
cox az ish verilib
26 avqust 2016 23:31
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
YalniZ-ArZu
cox qariwiq mesele oldu.
26 avqust 2016 22:18
1
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv