Cazibədar aktrisa Pərvin Abıyevanın Bodrumdakı istirahəti davam edir. Aktrisa sosial şəbəkədə bikinidə olan fotosunu paylaşıb. P. Abıyeva yayın son günü olmasına baxmayaraq, yayla vidalaşmayıb. O bildirib : " Bu gün yay mövsümünün son günüdür, amma mənim üçün yay Bakıya döndüyüm gün bitəcək".
Pərvinin bu fotosu da birmənalı qarşılanmayıb. Aktrisanı tərif atəşinə tutanlarla yanaşı ona xoşolmayan şərhlər yazanlar da olub. Aktrisanı ən çox əsəbiləşdirən isə onun sinəsinin və dodağının silikon olduğunu yazanlar olub. P. Abıyeva həmin kəsləri susdura bilib.