Ərini satışa çıxardı - Əsəblərini korladığı üçün + Fotolar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 2 747
Səs ver:
(səs: 1)
Britaniyalı qadın Tereza Törner ərini satışa çıxarıb.
Qadının belə bir addım atmasına səbəb ərinin yemək yeyən zaman ağzını marçıldatması olub.
Qadın misofoniya adlanan “yüksək səsdən nifrət etmə” xəstəliyindən əziyyət çəkir. Əri Rob son vaxtlar qadına dəfələrlə ona yüksək səslə yemək yeyən insanların videosunu da izlətməyə başlayıb. Qadın dəfələrlə onu bu vərdişinə son qoymağa çağırıb.
Ötən gün isə, Rob gözlənilmədən “Facebook” səhifəsində satışa çıxarıldığını görüb. Lakin Tereza elanda kişinin, təkcə, mənfi xüsusiyyətlərini deyil, müsbət tərəflərini də qeyd edib.
“Əsəblərimi korladığı üçün artıq ehtiyac duymadığım 33 yaşında bir ərim var. Onu satıram. Pul istəmirəm. Tamamilə pulsuzdur. Ev şəraitinə öyrəşib və tualetə də özü getməsi üçün təlimdən keçib” - deyə qadın vurğulayıb.
Lakin Terezanın belə bir addım atmasına səbəb, əslində, əri ilə əlaqədar bu cür mənfi xüsusiyyətlərlə qarşılaşan insanların “dərd”inə şərik çıxmaq imiş.
Bununla belə, Robu Terezadan satın almaq üçün ona 300-dən çox təklif gəlib.

Ərini satışa çıxardı - Əsəblərini korladığı üçün + Fotolar

(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 747
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri