Məşhur türk aktrisasından Azərbaycana təhqir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 988
Səs ver:
(səs: 1)
Məşhur türk aktrisasından Azərbaycana təhqir "Azərbaycandan saxta diplom alıb prezidentliyə namizəd olacam”. Türkiyənin tanınmış aktrisalarından biri Azərbaycandan saxta, dəyərsiz diplom almaq niyyətindəri.
Müjdə Ar "Hürriyət" qəzetinə müsahibəsində belə deyib.
"Siyasətlə məşğul olmaq haqqında düşünürsünüzmü?” sualına cavabında aktrisa növbəti seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcəyini deyib. Aktrisa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun müddət gündəmdən düşməyən Ağ sarayına da söz atıb. Belə ki, o, seçkiləri qazana bilsə bu sarayı film çəkilişləri üçün meydançaya çevirəcəyini deyib. Diplomu belə olmayan, əsasən 1980-cı illərdə çəkilən türk seriallarında açıq-saçıq obrazları ilə seçilən aktrisanın bunu necə edəcəyi barədə suala isə heç düşünmədən Azərbaycandan dəyərsiz diplom alacağını deyib. Geniş müsahibəsində o, Rusiya lideri Vladimir Putinin Ərdoğanın yeni iqamətgahını nə üçün bəyəndiyini anlamadığını da deyib. "Yəqin Sankt Peterburqdakı Ermitaja bənzədib”.
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 988
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri