Bu geyim Azərbaycanda etirazla qarşılandı - foto

Müəllif: Mr. OffiCeR
Şərhlər: 16
Baxılıb: 5 096
Səs ver:
(səs: 1)
ABŞ-ın idman modellərinin fotoşəkillərinin çəkilməsi ilə məşğul olan LHGFX Fitness Model Photography agentliyinin internetdə yerləşdirdiyi növbəti fotoşəkil azərbaycanlı "Facebook" istifadəçilərinin böyük etirazına səbəb olub.
Həmin fotoşəkildə əynində üzərində müxtəlif dövlətlərin bayraqları əks olunmuş bikini olan texaslı (ABŞ) model Hope Beel əksini tapıb.
Bu fotoşəkili sosial şəbəkələrdə paylaşan agentlik: Bəs sən hansı ölkədənsən? Kimisə bu şəkildə işarələ yaxud onun adını şərh yerində yaz” – deyə, qeyd buraxıb. 
Həmin bikini üzərindəki bayraqların arasında isə Azərbaycanın bayrağı da əksini tapıb. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçiləri Qarabağda uğrunda qan tökülən bayrağımızın belə fotolarda yer almasının qəti əleyhdarı olduqlarını vurğulayıblar.
Bundan başqa, Azərbaycan Respublikasının qanunvericiliyində də vurğulanır ki, ölkədən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür.
Lakin onu da qeyd etmək lazımdır ki, xarici ölkələrdə, xüsusilə ABŞ-da bayraqdan paltar hazırlanması geniş yayılıb. ABŞ-da hətta dövlət bayrağından alt paltarı da hazırlanır və bu tipli geyimlər insanın vətənpərvərliyini əks etdirən bir məqam kimi təqdim olunur. Lakin xüsusilə də şərq ölkələrində, o cümlədən Türkiyədə, Azərbaycanda bayraq tamamilə başqa rəmzi məna kəsb edir və ondan bu fotoşəkildəki kimi istifadə mənfi qarşılanır.

(səs: 1)
Şərhlər: 16
Baxılıb: 5 096
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri