Röya: "Heç vaxt belə səhv buraxmazdım" - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 2 741
Səs ver:
(səs: 3)
Müğənni Röya Ayxan Türkiyədə işıq üzü görəcək albomunun gecikmə səbəbini açıqlayıb.

Sənətçi səsi ilə bağlı müalicə aldığını bildirib:

"Heç bir yeniliyim yoxdur. Çox əsəbiləşirəm. Ona görə səsim yerində olmur, albom üçün qalan bir-iki mahnını da oxuya bilmirəm. İndi müalicə alıram. Bu albom Türkiyədəki işlərimə aiddir. Azərbaycanda disk çıxartmağı düşünmürəm. Bu yaxınlarda birini təhvil verdim, bəsdir. Gülşənin "Bayıla-bayıla” bəstəsini oxumayacam. Əvvəlcədən danışmaq mənə düşmür. Heç vaxt belə səhv buraxmazdım. Gərək o haqda deməzdim. Başqa bir bəstəsini ifa edəcəm”.

R.Ayxan bundan sonra çəkdirəcəyi kliplərin də sayını azaldacağını bildirb:

"Artıq mən də həmkarlarım kimi düşünürəm: klipi ancaq internet üçün çəkirik. Efirlərimizdə klip saatı yoxdur. Yerli müğənnilərə 1 saat vaxt ayırırlar. Əvvəl 60-90 min verib, ildə neçə klip çəkdirirdim. Amma indi etməyəcəm. Ucuz çəkdirə bilmərəm, prestij var, aşağı düşmərəm. Amma ildə cəmi bir klip çəkdirəcəm. Görürsünüz ki, efirə də çıxmıran. İnstaqramda, "Facebook"da varsan, hamı səni görür, bəsdir”.

Foto: Ramin ASLANOV

 

 

 

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 15
Baxılıb: 2 741
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri