İngiltərənin "Daily mail” qəzeti 2015 Beynəlxalq Kann film festivalının qırmızı xalçasından keçən ən pis geyinən məşhurların siyahısını açıqladı.
Bu siyahıda fransız aktrisa Sophie Marceau qara dəri şalvarlı geyimi, rus Elena Lenina lazımsız saç düzümü və geyimi, Juliette Lewissarı neon günlük qadın kostyumu ilə, model Lindsay Ellingson həddindən çox parıltılı modası keçmiş metallik uzun libası ilə, türk aktrisa Fahriye Evcen həddindən artıq drapeli geyimi ilə, Bollywood ulduzu Aisvarya Rai gözəl bədən quruluşunu ört-basdır edən yaşıl güpür libası ilə və.s məşhurlar yer aldı.