Ata və ana görünüşünə görə körpədən imtina etdilər – FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 5 254
Səs ver:
(səs: 1)
Hindistanda iki həftəlik körpə nadir xəstəliklə dünyaya gəldiyi üçün valideynləri tərəfindən tərk edilib.

Hamiləlik əsnasında və ya genetik səbəblərdən meydana gələn bu xəstəliyin daşıyıcıları qırışıq dəriyə sahib olurlar. Ana Mamata Dode və ata Acay Dode yeni doğulan övladlarını bu səbəbdən istəməyiblər. Körpənin babası Dilip Dode isə qızı və kürəkənindən fərqli olaraq, uşağı himayəsinə götürüb. Xəstəxana tərəfindən körpəyə təmənnasız müalicə kursu da tətbiq edilir.

Dilip açıqlamasında bildirib ki, qızı hamiləliyi ərzində dəfələrlə həkim müayinəsində olub. Ancaq ona uşağın xəstəliyi ilə bağlı hər hansı məlumat verilməyib. O, qonşuların yeni doğulan körpənin görünüşündən qorxduqlarını deyib:

"Bu xəbər bütün qonşular və qohumlar arasında yayıldı. Onu görməyə gələnlərin ardı-arası kəsilmirdi. Görənlər də qorxu içində evi tərk edirdilər. Heç kim uşağa əlini vurmaq istəmir”.

Uşağın babası valideynləri onu qəbul etməsələr də, körpəni özünün böyüdəcəyini söyləyib.

 

 

(səs: 1)
Şərhlər: 15
Baxılıb: 5 254
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri