Məşhur türkiyəli aktrisa Merve Boluğur İnstagramdakı paylaşımıyla hadisə yaradıb.
Murat Dalkılıçla yenidən barışan və sürətli evlilik hazırlıqlarına başlayan Merve Boluğur, Instagramdaki aktiv paylaşımlarıyla gündəmdən düşmür. Son olaraq yaş saçlı və makiyajlı bir fotosunu paylaşan Boluğur, tənqid yağışına tutulub. Aktrisanın qaşlarının çox qalın olduğunu yazan izləyicilər, "Muradın qaşları səninkilərdən daha incədir" kimi tənqid dolu şərhlər ediblər.