Əməkdar artist Hüsniyyə Mürvətovaya Türkiyədən film təklifi gəlib.
Aktrisa bu haqda "ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. O, hazırda danışıqlar getdiyini bildirib:
"Təklifi qəbul etsəm, orada yaşamalıyam. Mənim burada oğlum var, bu hallara görə qalmışam. Orada çalışan aktrisamız Könül Nağıyevanı çox bəyənmişəm. Həm daxili, həm də siması gözəldir. Qəhrəman anadır, ürəyi dözür, balasını qoyub gedib ora".
"Mənim öz çərçivəm var ki, ondan çıxmıram. Bu çərçivə bəzən işimə mane olur. Təklif gəlir, rejissorla razılaşmırıq, iş pozulur. Əgər açıq-saçıq səhnələr yerində deyilsə, pis görünəcəksə, olmaz. Amma yerində qucaqlaşma olar".
Aktrisa yazla bağlı yeni fotosessiyasını da təqdim edib.