2011-ci il Türkiyə gözəli Melisa Aslı Pamuk yaşadığı evin qapılarını "İnStyle" dərgisinə açıb.
Evin tapılmasında və dizaynına Hollandiyada yaşayan ata və anasının kömək etdiyini deyən model bu işlərə vaxtının olmadığını deyib:
"Buradakı hər ayrıntı ilə ailəm məşğul oldu. Əvvəlki evimə nisbətən buranın daha geniş mətbəxi və zalı var. Çəkiliş meydançalarında çox yoruluram. Bu ərazi sakitdir deyə, buranı seçdim. Evə gələndə sakitlik içində dincəlmək istəyirəm".