Bu gün Əməkdar artist Rəhman Rəhmanov qızı Rəhilə Rəhmanovanın Bayılda yerləşən 5 saylı doğum evində yeni doğulmuş 2 günlük övladını itirməsi haqqında məlumat verib.
O, bu məsələdə həkimlərin günahkar olduğunu bildirir:
"Nəvəmi itirməyimə baxmayaraq, xəstəxananın heç bir həkimi dəqiq bir cavab vermir və verməkdən boyun qaçırırlar. Mən belə başa düşürəm ki, günahkar olduqları üçün cavabları yoxdur. Bircə onu deyə bilərəm ki, uşaq normal çəkidə doğulmuşdu və 2 gün süni nəfəslə yaşamışdı”.
Bayıl 5 saylı doğum evinin mama-ginekoloqu Əzizə Səmədova bu məlumatla bağlı ATV.az-a bunları bildirib:
"Uşağın dəqiq nədən öldüyü bilinmir. Bir həftədən sonra analizlərin cavabından biləcəyik ki, uşaq nədən ölüb”.
Həkimin sözlərinə görə, ananın beldən aşağı nahiyəsi nisbətən kök olub, doğuş çətin keçib, uşaqda boğulma baş verib.